Tramp Davosda videobağlantı vasitəsilə çıxış edib
ABŞ prezidenti mühüm açığlamalar verib

Tramp Davosda video vasitəsilə çıxışı zamanı Ukrayna ilə bağlı Rusiya Federasiyasına təzyiq göstərmək üçün, Səudiyyə Ərəbistanı və OPEK-dən neft qiymətlərinin aşağı salınmasını istəyəcəyini bildirib.
Onun sözlərinə görə, neftin qiyməti düşərsə, Ukraynada müharibə bitəcək.
Biz Rusiya ilə Ukrayna arasında atəşkəs barədə razılığa gələcəyik, artıq bunun üzərində işləyirik, - deyib.
Davosda video çıxışı zamanı ABŞ prezidentinin digər açıqlamaları:
- ABŞ bütün NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb edəcək: “Bu, çoxdan edilməli idi”
- ABŞ Avropa İttifaqına geniş miqyaslı enerji təchizatına zəmanət verməyə hazırdır
- ABŞ-ı istehsal, süni intellekt və kriptovalyutalar sahəsində super gücə çevirmək niyyətində olduğunu söylədi
- Beynəlxalq şirkətləri istehsalı ABŞ-a köçürməyə çağıraraq, onlara dünyada "ən aşağı" vergilərdən bəzilərini vəd etdi.
- Prezidentliyi dövründə “bütün planetin daha dinc və firavan olacağına” söz verdi.
— ABŞ Rusiya və Çinlə birlikdə nüvə silahlarını azalda bilər. Tramp əlavə edib ki, Rusiya prezidenti bu ideyanı bəyənib.