Ceyk Sallivan: "Heç kim Rusiyaya hücum etmir"
ABŞ-ın milli təhlükəsizlik müşaviri bunu Vladimir Putinin verdiyi bəyanatlatlara cavab olaraq deyib
Deutsche Welle xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı ittihamlarını “absurd” adlandırıb.
“Heç kim Rusiyaya hücum etmir. Rusiyanın Ukraynadan və ya hər hansı başqa tərəfdən hansısa hərbi təhdid altında olması fikrində bəzi absurdluq var”, - deyə Sullivan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibəyə başlamaq qərarı Putinin seçimi olub. “Rusiya Ukraynada müharibəni dayandırıb vətənə qayıdır – müharibə başa çatır. Amma əgər Ukrayna döyüşü dayandırsa, ABŞ və koalisiya ona döyüşməkdə kömək etməyi dayandırsa, Ukrayna xəritədən yox olacaq”.