20 mindən çox suriyalı vətəninə qayıdıb
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib
20 mindən çox suriyalı vətəninə qayıdıb. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. Bu barədə TRT Haber məlumat verib.
Türkiyəyə Suriyadan sığınanların sayının kəskin artması ilə bağlı məlumatların yalan olduğunu deyən nazir bildirib ki, suriyalı vətəndaşlar evlərini və yaxınlarını itirdikləri üçün öz torpaqlarına qayıdırlar.