Avstriyada suriyalılara sığınacaq verilməsi prosedurları dayandırılacaq.
Bu barədə Avstriya KİV-i hökumətdəki mənbəyə istinadən yazır.
"Növbəti bildirişə qədər Suriya vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün prosedurlar dayandırılacaq", - mənbə bildirib.
Təkcə bu il 12 500 suriyali Avstriyada sığınacaq istəyib. Bu səbəbdən bir neçə min prosedur baxılma mərhələsindədir.