"Hakimlər ABŞ-ın İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb.
Təzminat İran Mərkəzi Bankının 1,57 milyard dollardan çox məbləğdə dondurulmuş vəsaitlərini əhatə edir.
İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb. Qeyd edilib ki, ABŞ İranın aktivlərinin bir hissəsinin qeyri-qanuni dondurulmasına görə Tehrana təzminat ödəməlidir.
Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel yazılı açıqlamasında qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ABŞ rəsmilərini məyus edib.