Çin yoxsulluğa dair təcrübəsini bölüşməyə hazırdır
Bunu Çin Xalq Respublikasının lideri Si Cinpin deyib

Çin Xalq Respublikasının lideri Si Cinpin bəyan edib ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə yoxsulluğun aradan qaldırılması sahəsində topladığı təcrübəni paylaşmağa hazırdır.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
“Çin, ŞƏT-ə sədrlik edən ölkə kimi, bütün üzv dövlətlərlə strateji təmasları gücləndirməyə, yoxsulluğa qarşı mübarizə sahəsində təcrübəsini bölüşməyə və praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır”, – deyə Si Cinpin bildirib.