XƏBƏRLƏR / Dünya

BMT Baş Assambleyası Rusiyanı Ukraynadan çıxarmağa çağırıb

Azərbaycan və Ermənistan fərqli səs veriblər

BMT Baş Assambleyası Rusiyanı Ukraynadan çıxarmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş Assambleyası Rusiyanı hərbi əməliyyatları dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağıran qətnamə qəbul edib.

    Fevralın 23-də BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

    193 ölkədən 141-i Rusiyanı Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən qoşunlarını dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

    Qətnamənin əleyhinə 7 ölkə (Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya, Suriya) səs verib, 32 ölkə (o cümlədən Ermənistan) bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.