ABŞ Dövlət katibi Türkiyədən İraqa gedib
Blinken İraq rəhbərliyinə söz verib ki, Vaşinqton İŞİD-in İraqa qayıtmasının qarşısını alacaq
ABŞ Dövlət katibi Antoni Blinken öncədən elan edilmədən Türkiyədən İraqa gedib.
O, Ankaradan birbaşa Bağdada səfər edib.
Dövlət katibi ölkənin Baş naziri Muhammed Şii el-Sudani ilə görüşəcək. Tərəflərin Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.
"Sky News Arabia"nın məlumatına görə, Blinken Vaşinqtonun "İslam Dövləti" terror qruplaşmasının (İŞİD) İraqa qayıtmasına icazə verməyəcəyini bildirib.
Telekanalın məlumatına görə, Blinken İraq rəhbərliyinə söz verib ki, Vaşinqton İŞİD-in İraqa qayıtmasının qarşısını alacaq.
Qeyd edək ki, A.Blinken bundan əvvəl Türkiyədə idi. O, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşmüşdü.