Serbiya prezidenti xəstəxanaya yerləşdirilib
53 yaşlı siyasətçi bundan əvvəl heç vaxt səhhətindən şikayət etməyib
Serbiyanın "B92" radiostansiyası xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç təcili olaraq xəstəxanaya yerləşdirilib.
"Vuçiç xəstəxanaya yerləşdirilib, radiostansiyamız tərəfindən qeyri-rəsmi olaraq təsdiqlənib", "B92" bildirir.
Xəstəxanaya yerləşdirmənin səbəbləri barədə məlumat verilməyib.
Onun hansı tibb müəssisəsində ola biləcəyi də məlum deyil. Bəzi mənbələrə görə, o, Hərbi Tibb Akademiyasına, bəzilərinə görə isə başqa xəstəxanaya yerləşdirilib.