XƏBƏRLƏR / Dünya

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşəcəklər

Bu barədə "Sky News" məlumat yayıb

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Komissiyasının sədri Ursula fon der Lyayen avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcək.

    Bu barədə Sky News məlumat yayıb.

    Məlumata görə, Tramp ilə görüş üçün Vaşinqtona həmçinin Almaniya kansleri Fridrix Mers və İtaliyanın Baş naziri Corca Meloni də gələcək. Bundan əlavə, Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da iştiraklarını təsdiqləyiblər.

    Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, görüşə NATO Baş katibi Mark Rütte də qatılacaq.

    "Bild" nəşrinin məlumatına görə, böyük ehtimalla Böyük Britaniyanın Baş naziri Kir Starmer də Vaşinqtona yollanacaq.