ABŞ ordusuna məxsus F-35 qırıcısı qəzaya uğrayıb
Bu barədə ABŞ mənbələri məlumat yayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcısı Kaliforniya ştatında qəzaya uğrayıb.
Bu barədə ABŞ mənbələri məlumat yayıb.
Məlumata görə, hadisə ştatın mərkəzi hissəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Lemur” hava stansiyası yaxınlığında baş verib.
“Təyyarə tarlaya düşüb, pilot havaya qalxa bilib, həyatı təhlükədə deyil.”, - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.