XƏBƏRLƏR / Dünya

Bayden namizəd olacağını rəsmən elan etdi

O, bu barədə 3 dəqiqəlik videomüraciət yayımlayıb

Bayden namizəd olacağını rəsmən elan etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Co Bayden 2024-cü il seçkilərində namizəd olacağını rəsmən açıqlayıb.

    Bayden vəzifədə başladığı “işi bitirmək” üçün seçicilərdən ona daha çox vaxt vermələrini istəyib: “Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və hələ də mübarizə aparırıq... Gəlin bu işi bitirək".

     80 yaşlı Co Bayden yenidən prezident seçilərsə, 86 yaşında ikinci səlahiyyət müddətini başa vuracaq.