XƏBƏRLƏR / Dünya

D.Tramp: Demokratlar millətimizi iflasa uğratdılar

Bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti "Truth" hesabında paylaşım edib

D.Tramp: Demokratlar millətimizi iflasa uğratdılar
Donald Tramp
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkəmiz xaos içindədir.

    Bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.

    "Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.

    Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər: "Demokratlar millətimizi iflasa uğratdılar. Təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görülməlidir. 20 yanvarda görüşənədək".