Rusiya və Monqolustan prezidentləri yurtada görüşdülər
Putin Monqolustana ölkə Prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə gəlib
Rusiya Federasiyasının Prezidenti Monqolustanda rəsmi səfərdədir. Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux 2023-cü ilin oktyabrında Pekində danışıqlar zamanı Putini ölkəsinə səfərə dəvət edib. Rusiya prezidentinin Monqolustana sonuncu səfəri 2019-cu ildə baş tutub. Putin daha sonra Xalxın Göl hadisələrinin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Xatırladaq ki, Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə imza atan ölkə olsa da, Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməkdən imtina edib.