XƏBƏRLƏR / Dünya

Azərbaycan Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda

Bu barədə XİN-in mətbuat üçün məlumatında bildirilib

Azərbaycan Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək.

    Bu barədə XİN-in Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ilinin tamam olması ilə əlaqədar mətbuat məlumatında bildirilib.

    Qeyd edilib ki, ölkəmiz növbəti 3 il müddətində Hərəkatın “sədrlik Troykası”nda yer alacaq.

    "Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək", - məlumatda deyilir.