Prezident seçilsəm hökumətin effektivliyi komissiyasını yaradacağam”.
Bu barədə ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib. O, milyarder İlon Maskı komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. Tramp Maskın quruma rəhbərlik etməyə razılıq verdiyini də deyib. Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.