Dominikanda partlayışda ölənlərin sayı 32-ə çatıb
Qeyd edək ki, hadisə avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib
Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Hadisədə ölənlərin sayı 32-ə çatıb.
Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, hazırda 59 zərərçəkəndən 12-si xəstəxanalarda müalicə alır.
Qeyd edək ki, partlayış avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib.