XƏBƏRLƏR / Dünya

Pakistanın XİN başçısı Hindistana gedir

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Pakistanın XİN başçısı Hindistana gedir
Biləval Bhutto-Zərdari
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın xarici işlər naziri Biləval Bhutto-Zərdari gələn ay Hindistana səfər edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, o, mayın 4-5-də Hindistanın Qoa ştatında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu, Bhutto-Zərdarinin Hindistana ilk rəsmi səfəridir.

    Bhutto-Zərdari sui-qəsd nəticəsində öldürülən Pakistanın keçmiş baş naziri Bənazir Bhutto və keçmiş prezident Asif Əli Zərdarinin oğludur.