XƏBƏRLƏR / Dünya

Şimali Koreya rəhbəri Kim Çen In komada deyil

Koreya Mərkəzi Teleqraf Agentliyi rəhbərin səhhəti haqda yayılan şayiələri təkzib edib

Şimali Koreya rəhbəri Kim Çen In komada deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şimali Koreya media orqanları Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pisləşməsi, beyninə qan sızması və Çinə aparılması ilə bağlı xəbərlər fonunda son tədbirlərdə çəkilmiş şəkillərini dərc edib.

    Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər verir ki, "Koreya İşçi Partiyasının (KİP) baş katibi və KXDR Dövlət İşləri üzrə sədri, hörmətli yoldaş Kim Çen In oktyabrın 19-da yüngül sənayedə geyim və ayaqqabı sərgisini ziyarət edib", - deyə KMTA bildirib. Agentlik Kim Çen Inın həyat yoldaşı Ri Sol-ju və qızı Kim Cu-ae ilə birlikdə sərgilənən geyim və ayaqqabıları araşdırarkən çəkilmiş şəkillərini dərc edib.

    Bir gün əvvəl "The Sun" qəzeti Şimali Koreya liderinin insult keçirdiyini və komaya düşdüyünü bildirib. Bəzi media orqanları Kim Çen Inın əmək qabiliyyətini itirəcəyi təqdirdə, bacısı Kim Yo-jongun müvəqqəti olaraq hakimiyyəti öz üzərinə götürəcəyini və sonra Şimali Koreya liderinin 13 yaşlı qızı Kim Cu-aeyə təhvil verəcəyini ehtimal edib.