İran və Fransa xarici işlər nazirləri Pekində görüşüblər
Bu barədə İran XİN-nin rəsmi saytı məlumat yayıb
İran və Fransa xarici işlər nazirləri Pekində görüşüblər.
Bu barədə İran XIN-nin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Pekində səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 6-da axşam saatlarında fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər, eləcə də konsulluq məsələləri müzakirə olunub.
Qeyd edək ki, İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşmək üçün Çində səfərdədir, onlar arasında görüş aprelin 6-da baş tutub. Fransanın xarici işlər naziri prezident Makronu Pekinə səfərində müşayiət edir