Ermənistan BMT-də antirusiya qətnaməsinə səs verdi
Baş Assambleyada qətnamə lahiyəsi 122 səslə qəbul edilib
BMT Baş Assambleyasının 77-ci sessiyasında Rusiya Federasiyasının təcavüzkar adlandırıldığı "Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası arasında əməkdaşlıq" adlı qətnamə layihəsi qəbul edilib. Sənədin lehinə 122, əleyhinə 5, bitərəf qalan isə 18 ölkə olub.
Sənədin əleyhinə Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya səs verib.
Maraqlıdır ki, sənədin lehinə səs verənlər arasında Çin və Ermənistan da var. Yəni, rəsmi Pekin və İrəvan Rusiyanın 2008-ci ildə Gürcüstanda, bu gün isə Ukraynada əməllərini təcavüzkar kimi tanıyıblar.
Azərbaycan səsvermədə iştirak etməyib.