XƏBƏRLƏR / Dünya

“Fox News”un jurnalisti mətbuat katib olacaq

Bu barədə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bəyan edib

“Fox News”un jurnalisti mətbuat katib olacaq
Temmi Bryus
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Fox News”un jurnalisti Temmi Bryus Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacaq.

    Bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.

    “Temmi Bryus dövlət katibliyinə namizəd Marko Rubionun Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddətdir işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni vəzifəsində də eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”, - o vurğulayıb.

    Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.