Şolts miqrantların deportasiyasını gücləndirəcək
Bunu Almaniya Kansleri Solingen şəhərində baş verən terror aktından sonra deyib
Almaniya hakimiyyəti ölkədə olmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir.
Bunu Almaniya Kansleri Olaf Şolts Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib.
Kansler qeyri-qanuni miqrantların deportasiyasını gücləndirəcəyini vəd edib: “Biz mümkün olan hər şeyi etməliyik ki, ölkəmizdə belə hadisələr baş verməsin”.
Siyasətçi onu da bəyan edib ki, ölkə hakimiyyəti növbəti dəfə silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları sərtləşdirəcək.
Qeyd edək ki, Solingendə avqustun 23-də baş verən hücum nəticəsində 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu üzə çıxıb. Lakin o, Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.