Yəhya Sinvar HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçildi
Bu barədə məlumat hərəkatın teleqram kanalında dərc olunub
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
“Hərəkatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib”, - sənəddə deyilir.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.