XƏBƏRLƏR / Dünya

"Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq"

Trüdo Trampa qarşı çıxıb

"Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq"
Castin Trüdo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.

    Bu barədə Kanada hökumətinin başçısı sosial şəbəkədə yazıb.

    “Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, - paylaşımda qeyd edilir.

    Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.

    Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.