XƏBƏRLƏR / Dünya

Cənubi Koreya Prezidenti həbs olunub YENİLƏNİB

 Bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb

Cənubi Koreya Prezidenti həbs olunub YENİLƏNİB
Yun Sok Yol
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:23

    Həbs edilən Cənubi Koreya Prezidenti Yun Sok-Yöl ifadə verməkdən imtina edib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    ***

    06:06

    Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

     Bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

    Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

    “İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.