XƏBƏRLƏR / Dünya

III Çarlzın tacqoyma günü dron uçuşlarına qadağa qoyulub

Bu barədə “The Guardian” məlumat yayıb

III Çarlzın tacqoyma günü dron uçuşlarına qadağa qoyulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 6-da Vestminsterdə keçiriləcək Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı Londonun mərkəzində pilotsuz uçuş aparatlarının (PUA - dron) havaya qaldırılması qadağan edilib. Bu barədə “The Guardian” məlumat yayıb.

    Qeyd olunur ki, Londonun mərkəzindən 4 kilometr radiusda 760 metrdən aşağı hündürlükdə pilotsuz təyyarələrin uçuşlarına qadağa qoyulması barədə əmr cümə axşamı tacqoyma mərasimi ilə bağlı ümumi təhlükəsizlik tədbirləri çərçivəsində verilib. Nəşrin mənbələrinin məlumatına görə, London polisi mərasim zamanı ehtiyac yaranacağı halda, PUA-lara qarşı tətbiq etmək üçün silahlar əldə edib.

    74 yaşlı III Çarlzın tacqoyma mərasimi 200-dək ölkədən 2,2 mindən çox insanın iştirakı ilə keçiriləcək.

    Qeyd edək ki, Azərbaycanı bu mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.