Yaponiyada əhalinin sayı azalmağa davam edir
"Kyodo" informasiya agentliyi xəbər verir
Yaponiyada yerli vətəndaşların sayı son 42 ildə ilk dəfə 120 milyondan aşağı düşərək 119 milyon 736 min 483 nəfər təşkil edib.
"Kyodo" informasiya agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 917 min nəfər azdır və 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalmadır.
Məlumata görə, ölkənin 47 prefekturasından yalnız Tokioda yapon vətəndaşlarının sayı artıb.
Xarici vətəndaşların sayı isə 354 min nəfər artaraq rekord həddə - 4 milyon 31 min 159 nəfərə çatıb.
Xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.
1 dəqiqədən az