Si Cinpin yenidən Çin lideri seçildi
Bu, Si Cinpinin üçüncü müddətə (2023-2028) sədrlik dövrü olacaq
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib. Hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən sədr seçilib.
Bu, Si Cinpinin üçüncü müddətə (2023-2028) sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə üçüncü müddətə rəhbər seçilən ilk siyasətçidir.
Qeyd edək ki, Xalq Nümayəndələri Yığıncağının sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib.