Konqres ABŞ-ın BMT-dən çıxma təşəbbüsünü nəzərdən keçirəcək
Bu barədə respublikaçı senator Mayk Li məlumat yayıb

ABŞ Senatında Birləşmiş Ştatların BMT-dən çıxması və ona maliyyə ayrılmasını dayandırmaq təşəbbüsü irəli sürülüb.
TASS xəbər verir ki, bu barədə respublikaçı senator Mayk Li öz saytında məlumat yayıb.
Söhbət ABŞ-ın BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, bura həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsini dayandırması daxildir. Bundan əlavə, təşəbbüs BMT-yə Nyu-Yorkda rəsmi qərargahına sahib olmaq hüququnu verən sazişin ləğvini nəzərdə tutur. Həmçinin təsəbbüs BMT əməkdaşlarını ABŞ-da diplomatik toxunulmazlıqdan məhrum edəcək.
“Fox News” isə bildirib ki, respublikaçı konqresmen Çip Roy fevralın 21-də Nümayəndələr Palatasına oxşar təklif verəcək.
Onun sözlərinə görə, BMT və onun strukturları amerikalıların maraqlarını irəli sürmür. “Fox News” izah edir ki, ABŞ BMT-nin maliyyələşdirilməsinə görə birinci yerdədir, məsələn, 2022-ci ildə bu, 18 milyard dollar təşkil edib.
Normativ akt layihəsində həmçinin qeyd olunur ki, ABŞ bundan sonra BMT-nin sülhməramlı missiyalarında iştirak etməyəcək.