XƏBƏRLƏR / Dünya

Paşinyan-Makron görüşünün detalları açıqlandı

Ermənistanın baş naziri bu barədə öz "X" səhifəsində yazıb

Paşinyan-Makron görüşünün detalları açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

    "Armenpress" xəbər verir ki, Nikol Paşinyan bu barədə öz "X" səhifəsində yazıb.

    O, Makronla söhbəti "gözəl" adlandırıb.

    “Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, - Paşinyan bildirib.

    Qeyd edək ki, noyabrın 9-da Ermənistan baş naziri Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Noyabrın 10-da Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib, daha sonra isə panel müzakirəsinə qatılacaq.