XƏBƏRLƏR / Dünya

Baydenin ad günüdür

ABŞ Prezidentinin 81 yaşı olur

Baydenin ad günüdür
Co Bayden
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün ABŞ Prezidenti Co Baydenin doğum günüdür.

    20 noyabr 1942-ci ildə Pensilvaniyada anadan olan siyasətçinin 81 yaşı tamam olur.

    Demokratlar Partiyasından olan Bayden Sirakuz Universitetinin məzunudur. Siyasətdən əvvəl vəkillik fəaliyyəti ilə məşğul olmuş prezidentin Bo və Hanter adlı iki oğlu, Naomi və Eşli adlı iki qızı var. Bayden ilk dəfə 1966-cı ildə Neliya adlı qadınla, onun 1972-ci ildə vəfatından sonra isə 1977-ci ildə hazırkı həyat yoldaşı Cill ilə ailə həyatı qurub.

    Senator kimi məşhurlaşan siyasətçi 1988-ci il seçkilərində də namizəd olsa da, sonradan namizədliyini geri götürüb. Obama administrasiyasında vitse-prezident olan Bayden 2020-ci ildə ABŞ Prezidenti seçilib və fəaliyyətini davam etdirir.