Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb
Bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb
Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb.
Məlumata görə, hava məkanının bağlanması avqustun 15-dək uzadılıb. İstisna evakuasiya, eləcə də humanitar yardımla həyata keçirilən uçuşlardır.
Respublikada yaranmış vəziyyətlə əlaqədar aprelin 22-dən uçuş məhdudiyyətləri tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.