XƏBƏRLƏR / Dünya

Braziliya həbsxanasında mühafizə itləri qazlarla əvəzlənib

Bu barədə “Bild” yazıb

Braziliya həbsxanasında mühafizə itləri qazlarla əvəzlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliyanın Santa-Katarina əyalətindəki təhlükəsizlik koloniyasında gözətçi itləri qazlarla əvəz olunub.

    Bu barədə “Bild” yazıb.

    Qəzet Marcos həbsxanasının direktoru Roberto de Souza'dan sitat gətirib: "Bizim elektron müşahidə, yerində müşahidə... və nəhayət, itləri əvəz edən qazlar tərəfindən nəzarətimiz var".

    Polis əməkdaşlarının sözlərinə görə, qazların üstünlüyü ondadır ki, onlar insanlara öyrəşə bilmirlər və görünəndə yüksək səslə qışqırmağa başlayırlar. Bundan əlavə, qaz saxlamaq, it saxlamaqdan daha sərfəlidir.

    Qazlar koloniyanın daxili və xarici hasarları arasındakı ərazidə patrul edir. İslah müəssisəsində qazlar üçün kiçik gölməçə də yaradılıb. Qazlar 1300-ə yaxın məhbusa nəzarət edir.