Blinken Meksika ilə miqrasiya məsələsini müzakirə edib
Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda Meksikanın xarici işlər naziri Alisia Barsena ilə sərhəd nəzarəti və qeyri-qanuni miqrasiya məsələlərini müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlama yayıb.
Bildirilib ki, Meksika ilə koordinasiyalı səylər sərhəddə müsbət nəticələr əldə etməyə imkan verib.
Tərəflər avtobus və qatar marşrutları zamanı miqrasiya nəzarətinin gücləndirilməsini, qaçaqmalçılığın qarşısının alınmasını, qanunsuz yaşayan şəxslərin deportasiyasının artırılması üzrə birgə səylərin nəticələrini müzakirə ediblər.
Həmçinin insan və silah alveri ilə mübarizədə birgə səylər məsələsi də qaldırılıb.