XƏBƏRLƏR / Dünya

Ötən il Çin əhalisi 2,08 milyon nəfər azalıb

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb

Ötən il Çin əhalisi 2,08 milyon nəfər azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalaraq 1,40967 milyard vətəndaşa düşüb.

    Bu barədə "Reuters" Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinə (DSİ) istinadən məlumat yayıb.

    Hesabatda göstərildiyi kimi, il ərzində müvafiq orqanlar ölkədə 9,02 milyon yeni doğulmuş körpəni qeydə alıb, 11,10 milyon insan isə ölüb. Doğum və ölüm nisbətləri müvafiq olaraq 6,39 və 7,87 promil olub.