XƏBƏRLƏR / Dünya

Yaponiyada ötən il 21 min 818 nəfər intihar edib

Əsas səbəblər sağlamlıq problemləri, yaşayış xərcləri və iş şəraitidir

Yaponiyada ötən il 21 min 818 nəfər intihar edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiya Milli Polis Agentliyi 2023-cü ildə ölkə üzrə intiharların ilkin statistikasını açıqlayıb.

    Agentliyin məlumatına görə, ötən il ölkə daxilində intihar edənlərin sayı əvvəlki ilə nisbətən 63 nəfər azalaraq 21 min 818 nəfərə enib. Onların 14 min 854-ü kişi, 6 min 964-ü isə qadındır. Həmçinin həyatlarına qəsd edənlərin arasında 507 nəfər ibtidai, orta məktəb və lisey şagirdi var.

    Məlumatlara əsasən, sağlamlıq problemləri, yaşayış xərcləri və iş şəraiti intiharın əsas səbəbləridir.

    Qeyd edək ki, 2023-cü ildə Yaponiyada qeydə alınan intihar hadisələrinin sayı bu barədə məlumatların qeydə alındığı 1980-ci ildən bəri ən yüksək göstəricilərdən biridir.