XƏBƏRLƏR / Dünya

Yaponiya atom bombası qurbanlarının xatirəsini yad edir

1945-ci il avqustun 6 və 9-da Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları nəticəsində şəhərlər tamamilə məhv edilmişdi

Yaponiya atom bombası qurbanlarının xatirəsini yad edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiya sakinləri 78 il əvvəl ABŞ tərəfindən Xirosimaya atılan atom bombası nəticəsində həlak olanların xatirəsi yad edirlər.

    Faciənin ildönümü ilə bağlı əsas anım mərasimi Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilir.

    Yerli vaxtla saat 08:15-də - 1945-ci il avqustun 6-da partlayış baş verən zaman bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.

    Ənənəyə görə, sükut dəqiqəsi zəngin vurulması ilə başlayır.

    Sonra Xirosima meri Kazumi Matsui sülh bəyannaməsini oxuyacaq. Həmçinin Baş nazir Fumio Kişidanın çıxış edəcəyi gözlənilir.

    Xatırladaq ki, 1945-ci il avqustun 6 və 9-da Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları nəticəsində şəhərlər tamamilə məhv edilmişdi. 130.000 ilə 226.000 arasında insan, əksəriyyəti mülki şəxslər olmaqla, həyatını itirmişdi.