XƏBƏRLƏR / Dünya

BMT Baş Assambleyası Gələcək Paktını qəbul etdi

Paktı 143 ölkə dəstəkləsə də, Rusiya, İran, Şimali Koreya, Suriya və Sudan onun əleyhinə səs veriblər

BMT Baş Assambleyası Gələcək Paktını qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BMT Baş Assambleyası bəzi dövlətlərin, o cümlədən Rusiyanın etirazlarına baxmayaraq, “Gələcəyin Sammiti”nin əsas sənədini – Gələcək Paktı qəbul edib.

    "Gələcək Sammit" 22-23 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. "Reuters" qeyd edir ki, pakt görüşün ilk günündə, doqquz aylıq danışıqlardan sonra qəbul edilib.

    Sənəddə beynəlxalq təşkilata üzv ölkələrin həyata keçirməyi öhdələrinə götürdükləri təxminən 56 ümumi müddəa öz əksini tapıb.

    Sammitdə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Verşinin bir qrup dövlət - Rusiya, Belarus və Nikaraqua adından digər dövlətlərin paktın daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan düzəliş təklif edib. Düzəlişin nəzərdən keçirilməsi ümumi səsvermə yolu ilə rədd edilib, Rusiya sənədlə bağlı konsensusdan uzaqlaşıb.

    Gələcək Paktını 143 ölkə dəstəkləyib. Düzəliş müəllifləri ilə yanaşı, Şimali Koreya, Suriya, Sudan və İran da əleyhinə səs verib. 15 dövlət bitərəf qalıb.