Livanın “Hizbullah” qruplaşmasının yeni liderinin Həsən Nəsrullahın əmisi oğlu Haşem Safiuddin olduğu təsdiqlənib.
Bu barədə qruplaşmaya bağlı mənbələr bildirib.
Safiuddin bundan əvvəl təşkilatın İcra Şurasına başçılıq edib və ikinci fiqur sayılıb.
Qeyd edək ki, sentyabrın 27-də İsrailin Beyrutda “Hizbullah”ın mərkəzi qərargahını bombalaması nəticəsində qruplaşmanın lideri Həsən Nəsrullah ölüb.