XƏBƏRLƏR / Dünya

Azərbaycan İsraili Fələstin ərazilərini tərk etməyə çağırıb

BMT Baş Assambleyasında İsrailin işğal olunmuş Fələstin ərazilərini tərk etməsi səsə qoyulub

Azərbaycan İsraili Fələstin ərazilərini tərk etməyə çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş Assambleyası İsraili işğal olunmuş Fələstin ərazilərini tərk etməyə çağırıb.

    Qətnamədə həmçinin tələb olunur ki, İsrail BMT məhkəməsinin sənədin təsdiq edildiyi tarixdən ən geci bir ildən gec olmayaraq İsrail qoşunlarının işğal olunmuş Fələstin ərazisindən çıxarılmasının zəruriliyi ilə bağlı gəldiyi nəticəyə əməl etsin.

    Azərbaycan müvafiq qətnaməni dəstəkləyib.

    Qətnaməni 124 ölkə dəstəkləyib, 14 ölkənin nümayəndəsi əleyhinə səs verib, 43-ü isə bitərəf qalıb.

    Qeyd edək ki, bu qətnamənin hüquqi qüvvəsi yoxdur.