XƏBƏRLƏR / Dünya

ABŞ-da dövlət bayraqları yarıya endirilib

Vvəzifə borclarını yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi hörmət və ehtiram olaraq...

ABŞ-da dövlət bayraqları yarıya endirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın bütün ştat və şəhərlərində dövlət bayraqları yarıya endirilib.

    15 may tarixi ölkədə öz vəzifə borclarını yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi hörmət və ehtiram olaraq Sülh Zabitlərinin Xatirə Günü kimi qeyd olunur.

    Ənənəvi olaraq hər il bu gün ABŞ-da dövlət bayraqlarına qara lent bağlanır və bayraqlar dirəklərin yarısına qədər endirilir. Bu tarix ABŞ-ın 35-ci prezidenti Con Kennedinin imzası ilə 1962-ci ildə təsis olunub. 1994-cü ildə bu yana ABŞ-ın 42-ci prezidenti Bill Klintonun qərarı ilə isə dövlət qurumlarının önündə və ölkənin bütün ərazilərində dalğalanan bayraqlar yarıya qədər endirilib.

    Qeyd edək ki, digər ölkələrlə müqayisədə ABŞ-dəa cinayət nisbəti daha yüksəkdir və bu səbəbdən də hər il cinayətkarlıqla mübarizədə xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları həyatını itirir. Təkcə bu il öz vəzifə borcunu yerinə yetirərkən 118 hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.