XƏBƏRLƏR / Dünya

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem oldu

O, üç milyon əhalisi olan Böyük Mançester şəhərinin meri idi

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Üç milyon əhalisi olan Böyük Mançester şəhərinin meri Endi Börnhem, Keyr Starmerin istefasından sonra Böyük Britaniya hökumətinə rəhbərlik edəcək.

    Bu gün o, Leyboristlər Partiyasının lideri elan edilib. Bundan sonra Börnhem Britaniya hökumətinə rəhbərlik etmək üçün Kral III Çarlzın təsdiqini almalıdır.

    Böyük Mançesterin 56 yaşlı meri Endi Börnhem Leyboristlər siyasətinin veteranıdır və YouGov sorğularına görə, ölkədə ən populyar siyasətçidir. Keir Starmer 21-ci yerdədir.