Tel-Əvivin mərkəzində İrandakı hərbi əməliyyata etiraz FOTO
Bu barədə "The Times of Israel" qəzeti məlumat verir
İrandakı hərbi əməliyyata etiraz olaraq müharibə əleyhdarları Tel-Əvivin mərkəzində mitinq keçiriblər.
"The Times of Israel" qəzetinin məlumatına görə, İsrail polisi etirazçıları dağıdaraq 17 nəfəri saxlayıb.
İsrail Polisi Mətbuat Xidmətinin məlumatına görə, mitinq şəhər mərkəzindəki eyniadlı teatrın yaxınlığındakı HaBima meydanında keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların hərəkətlərinin Daxili Cəbhə Komandanlığının qaydalarını pozduğunu aşkar ediblər. Raket atəşi təhlükəsi səbəbindən İsraildə 50-dən çox insanın toplaşması qadağandır. Polis Təl-Əvivdəki toplantını bu həddi aşan kimi qiymətləndirib, buna görə də zabitlər etirazçılardan dağılışmağı tələb ediblər.

Bəziləri tabe olmayıb və toqquşmalar baş verib və nəticədə asayişi pozduğuna görə 17 nəfər həbs olunub.

"The Times of Israel" qəzetinin məlumatına görə, etirazçılar əvvəllər 600 nəfərə qədər etiraz aksiyasına icazə verən Ali Məhkəmənin qərarına istinad ediblər.
1 dəqiqə