Ursula fon der Leyen korrupsiyada ittiham olunur
AK prezidenti himayədarlıq göstərdiyi partiya üzvünü vəzifəyə təyin edərkən özbaşınalıq edib
Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin korrupsiya işlərində əli olduğunu açıqlayıb.
Florian Filipponun sözlərinə görə, fon der Leyenin himayədarlıq göstərdiyi partiya üzvü Markus Piperi Avropa Komissiyasında vəzifəyə təyin edərkən özbaşınalıq edib. “Məlumata görə, fon der Leyen partiya üzvünü bu vəzifəyə qoymaq üçün xüsusi olaraq kiçik və orta biznes elçisi vəzifəsini yaradıb”, - deyib.
Filippo qeyd edib ki, Avropa İttifaqı əslində külli miqdarda pul alan və geniş səlahiyyətlərə malik olan, lakin məhdudlaşdırıcı və əks tarazlıq mexanizmlərinə malik olmayan dərin korrupsioner sistemdir.
Florian Filippo Fransanı Avropa İttifaqından çıxmağa çağırıb.