Fransanın Baş naziri Elizabet Bornun hökumətin istefası ilə bağlı müraciəti Prezident E.Makron tərəfindən qəbul edilib.
İmmiqrasiya qanunu qəbul ediləndən başlayan böhran hökumətin istefasına gətirib. Elizabet Born təqdim etdiyi istefa məktubunda islahatları davam etdirməyə çağırıb.
Qeyd edək ki, son günlər Fransa Baş naziri vəzifəsinə müxtəlif namizədlərin adları səsləndirilir. Onların arasında Fransanın müdafiə naziri Sebastiən Lökornunun da adı hallanır.