XƏBƏRLƏR / Dünya

Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru elan edib

Bundan əvvəl NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıyıb

Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru elan edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çərşənbə günü, noyabrın 23-də Avropa Parlamenti səs çoxluğu ilə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə Rusiyanın terrorizmin himayədarı kimi tanınmasına dair müddəanı özündə əks etdirən qətnamənin qəbul edilməsinin lehinə səs verib, Deutsche Welle xəbər verir.

    Bundan əvvəl xəbər verilmişdi ki, NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rus cinayətkarlarını cəzalandırmaq üçün xüsusi Beynəlxalq Tribunal yaratmağa çağırıb.