ABŞ rəsmiləri Hak və Toelkeni İrəvandan Bakıya gəliblər
Bu barədə ABŞ səfirliyi məlumat yayıb

ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Avropa üzrə baş müşaviri Uayett Toelkeni Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, onların Bakıya səfəri Azərbaycan rəsmiləri ilə ABŞ-ın maraqlarına uyğun ikitərəfli dialoqun davam etdirilməsi, iqtisadi tərəqqi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmaq məqsədi daşıyır.
Dünən onlar İrəvanda Ermənistan rəhbərliyi ilə görüşüblər.