Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanında
20 Yanvar faciəsindən 36 il ötür YENİLƏNİB
Diplomatik korpusun Azərbaycanda akkreditə olunmuş nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Qeyd edək ki, sabah Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalqa qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli gündə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1 dəqiqə