XƏBƏRLƏR / İctimaiyyət

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib

Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.

    Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

    Bildirilib ki, bu təşəbbüs böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb:

    "Bu görüntü ABŞ-Azərbaycan dostluğunun 30 ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır".